Həmsədr: “Azərbaycan və Ermənistan prezidentləri dekabrın sonunda görüşə bilərlər”
Azərbaycan və Ermənistan prezidentləri arasında görüş bu ayın sonu keçirilə bilər.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.
“Bu ayın sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üçün çalışırıq”, – deyə o qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=43079