Ziya Məmmədov Çexiyanın Azərbaycandakı səfiri ilə görüşdü – FOTO

04.12.2015 - 17:49

ziya2Bu gün Nəqliyyat Nazirliyində Çexiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Viteszlav Pivonka ilə görüş keçirilib.

Bu barədə Nəqliyyat Nazirliyindən Oxu.Az-a bildirilib.

Nəqliyyat naziri Ziya Məmmədov son illər Azərbaycanın nəqliyyat-yol kompleksinin fəaliyyətindən, burada həyata keçirilən layihələrdən, aparılan islahatlardan, əldə edilən nailiyyətlərdən danışıb.

Daha sonra avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən Nəqliyyat naziri Çexiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində tərəflərin maraqlı olduğunu vurğulayıb.

Azərbaycan – Çexiya iqtisadi əlaqələri barədə məlumat verən V.Pivonka çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. İqtisadiyyatın bir çox sahələri ilə yanaşı nəqliyyat sektorunda da əlaqələrin böyük sürətlə inkişaf etdiyini vurğulayan çexiyalı nazir buna misal olaraq Azərbaycanda magistral avtomobil yollarının tikintisində görülən işləri nümunə kimi qeyd edib.

Görüşdə, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=43100

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31