Cahangir Hacıyevin həbsi necə baş tudu?

07.12.2015 - 11:31

cahangirhaciAzərbaycan Beynəlxalq Bankının (ABB) sabiq rəhbəri Cahangir Hacıyev anasının “qırx” mərasimindən bir gün sonra həbs olunub. Bu barədə redaksiyamıza etibarlı mənbədən bildirilib.

Mənbənin dediyinə görə, dekabrın 3-də Hacıyevin anasının “qırx” mərasimi keçirilib. Bundan bir gün sonra, axşam saatlarında DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Mənbə bildirib ki, ABB-nin sabiq rəhbəri əslində oktyabr ayında həbs edilməli imiş. Amma ona ağır itkinin üz verməsi bu qərarı ertələməyə səbəb olub.

Eks-bankirin həbsinin Beynəlxalq Bankdakı problemli kreditlərlə bağlı daha əvvəl istintaqa cəlb edilən şəxslərin onun əleyhinə verilən ifadələr əsasında həyata keçirildiyi də gələn bilgilər arasındadır. Bu sırada bankın sabiq məsul vəzifəli əməkdaşları – Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev və Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucovun adları çəkilir.

Qaynağımıızn başqa bir iddiasına görə, C. Hacıyevin barəsində həbs qəti-imkan tədbirinin seçilməsi onunla gizli və qaranlıq əlaqələri əlaqələri olan bir sıra şəxslərdə ciddi narahatlıq yaradıb. Hesab olunur ki, ABB-nin keçmiş sədrinin tutuqlanması digərlərinin həbsinə də “yaşıl işıq” yandıracaq.

Xatırladaq ki, Cahangir Hacıyevin həbs xəbəri artıq rəsmi olaraq təsdiqlənib. Məlum olub ki, onun barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.

Mətbuatda yayılan məlumatlara görə, C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur. Lakin bankirin vəkili Aqil Layıcov bildirib ki, ona qarşı irəli sürülən ittihamlar sırasında CM-nin 178-ci maddəsi yoxdur. Onun sözlərinə görə, müdafiə edəcəyi şəxsə qarşı Cinayət Məcəlləsinin 179-cu və 308-ci maddələri əsasında ittiham irəli sürülüb”. (qaynar.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=43315

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31