Obama: «Məhv etməyə hazırıq»

07.12.2015 - 13:07

obama2«Terror ABŞ üçün real təhlükədir. Lakin Birləşmiş Ştatlar istənilən təhdidi məhv etməyə hazırdır. Bura İŞİD də daxildir».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatı ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdən ölkə vətəndaşlarına telemüraciətində səsləndirib.

Obama bildirib ki, ABŞ İŞİD-i də, ölkəyə zərər verən hər hansı digər təşkilatı da yox edəcək: «ABŞ dünyanın hər yerində terrorçuların izində olacaq. Terrorla mübarizə üçün 4 vacib addım var. Birincisi, Suriya və İraqda İŞİD-in mövqelərinə aviazərbələri davam etdirmək. İkincisi, İraq və Suriya ordusunun terrorla mübarizədə ABŞ tərəfindən dəstəklənməsi. Üçüncüsü, İŞİD-ə qarşı müttəfiq ölkələrlə əməkdaşlığı davam etdirmək. Nəhayət, Suriyadakı münaqişənin siyasi həlli bütün ölkələri terrora qarşı mübarizədə səfərbər edəcək ki, bu da dördüncü addımdır».

Short URL: http://www.cumhuriyyet.net/?p=43360

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31