Ərdoğan-Putin qarşıdurması və Azərbaycan üçün çox yaxşı xəbər

07.12.2015 - 13:59

petTürkiyə baş nazirinin Azərbaycana səfəri bu ölkəylə enerji sahəsində və siyasi əməkdaşlıqda böyük dəyişikliyin göstəricisi ola bilər.

Virtualaz.org xəbər verir ki, bu barədə “Middle East Eye” saytında dərc edilmiş məqalədə deyilir.

Nəşr yazır ki, Əhməd Davudoğlunun ikigünlük səfərinin məqsədi Türkiyənin xarici və enerji siyasətində yeni istiqamətlərin xəritəsini hazırlamaq idi. Belə ki, Türkiyə Rusiyanın «Su-24» bombardmançısını vurandan sonra Moskvayla Ankara arasında bu tezliklə yaxınlaşma mümkün görünmür.

Davudoğlu və prezident İlham Əliyev dekabrın 3-də elan etdilər ki, Trans-Anadolu Kəməri (TANAP) layihəsi üzrə işlər sürətlənəcək.

“Bu, Azərbaycan üçün çox yaxşı xəbərdir. Elə də mehriban olmayan qonşularla əhatələnmiş bu ölkə daima enerji ixracı üçün yeni marşrutlar axtarır. TANAP-ın sürətləndirilməsi də sürpriz qərar deyil. Rusiya ilə mübahisə yaranandan Türkiyə Azərbaycandan əsas enerji tərəfdaşı kimi yararlanmaq, Rusiyadan aldığı enerjinin bir hissəsini Azərbaycanın hesabına təmin etmək istəyir. AKP hökuməti üçün bu, ciddi siyasət dəyişikliyidir və erkən baş verdi. Düzdür, hələlik Rusiyanın enerji təchizatını dayandıracağı barədə fikir səslənməyib. AKP-yə yaxın bəzi mənbələr bunun heç vaxt baş verməyəcəyini deyir, ancaq onu da etiraf edirlər ki, Türkiyə alternativ axtarmalıdır” məqalədə bildirilir.

Müəllif bu baxımdan Türkiyənin Azərbaycan və digər ölkələrin timsalında enerji mənbəyi axtarmasını ehtiyatlı qərar adlandırır. Bu nöqteyi-nəzərdən Davudoğlunun Bakıdakı çıxışı da xeyli ölçülü-biçili idi. Ancaq mesaj aydındır. Geriyə yol yoxdur: “Elə təəssürat yaranır ki, Moskvayla sıx enerji tərəfdaşlığı sona çatır, bu da daha çox prezidentlər Putin və Ərdoğanın şəxsi ədavətinə dayanır».

Məqalədə deyilir ki, Azərbaycan Türkiyə ilə münasibətlərin yaxınlaşmasına şövqlə yanaşır, ancaq bu yaxınlaşma Qafqazda, Dağlıq Qarabağ münaqişəsində yeni gərginliklərə yol aça və Rusiya ilə münasibətlər də çətinləşə bilər. “Ola da bilsin, Rusiyanı Türkiyənin enerji təminatından kənarlaşdırmaq məsələsində Türkiyə və Azərbaycan yalnız xəbərdarlıq çıxışları edirlər, açıqladıqları planlar heç də qəti deyil. Ancaq yenə də Türkiyənin region və enerji ilə bağlı siyasətinin alternativi görünməkdədir. Hələlik, nə Rusiya, nə də Türkiyə geri çəkilmək əhvalında deyillər”-nəşr yazır.

Short URL: http://www.cumhuriyyet.net/?p=43389

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31