Leyla Yunus məhkəmədə qulaqlarını yumdu (VİDEO)

08.12.2015 - 10:38

leylaDekabrın 7-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun şikayətinə baxılıb. Səhhətində yaranmış problemlə əlaqədar onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi gözlənilirdi. Amma bu baş vermədi.

Prosesdə Leyla Yunusun vəkilləri son çıxışlarını ediblər. Yunusovlara bəraət hökmü çıxarılmasını istəyiblər. Prokurun çıxışı zamanı Leyla Yunus etiraz olaraq əlləri ilə qulaqlarını tutub. Hakim təqsirləndirilən şəxslərin son çıxışı üçün məhkəməni 10 dekabra təxirə salıb. Vəkillər bildirib ki, son çıxış üçün məhkəmədən vaxt istəməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla Leyla Yunus 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Arif Yunus haqda həbs qətimkan tədbirinin çıxarılması barədə qərar verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=43582

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31