Rusiya Ermənistana əlavə qoşun yığmağa başladı- Kimə qarşı?

08.12.2015 - 12:12

vertRusiya Ermənistandakı 102-ci hərbi bazasını gücləndirmək üçün bu ölkəyə əlavə aviasiya texnikası cəmləşdirməyə başlayıb.

Virtualaz.org xəbər verir ki, Rusiya ordusunun Cənub hərbi dairəsinin yaydığı açıqlamaya əsasən Ermənistana əlavə olaraq 7 zərbə və nəqliyyat vertolyotu göndərilib. İlin sonuna qədər daha bir neçə vertolyotun göndəriləcəyi bildirilir.

Bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi, eyni zamanda Türkiyənin Qarabağ məsələsində Azərbaycana dəstəyini növbəti dəfə ifadə etməsi fonunda baş verir. Xəbər verdiyimiz kimi bundan əvvəl Rusiya mənbələri prezident Vladimir Putinin Müdafiə Nazirliyinə təcili olaraq Ermənistandakı hərbi qruplaşmanı gücləndirmək və Türkiyə-Ermənistan sərhədinə S-400 zenit-raket sistemləri, “Krasuxa” radioelektron mübarizə vasitələri,digər döyüş texnikasını yerləşdirmək barədə əmr verdiyini bildirmişdi. İndi Ermənistana əlavə döyüş vertolyotlarının göndərilməsi bu əmrin icrasının başlamasını göstərir.

Bildirilir ki, Rusiyanın İrəvan yaxınlığındakı Erebuni hərbi hava bazasına artıq Mi-24P, Mi-8T vertolyotları çatdırılıb, ancaq ilin sonuna qədər vertolyotların növbəti partiyası da göndəriləcək. “Vertolyotlar Rusiyanın aviasiya birləşməsinin MiQ-29 qırıcılarının yanında xüsusi dayanacaqlarda yerləşdirilib. Bu ay ərzində aviasiya vasitələrinin cəmləşdirilməsi davam edəcək, daha sonra pilotlar planlı uçuşlara başlayacaqlar”-Cənub hərbi dairəsi bildirib. Erebuni hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir, orada Rusiyanın 18 MiQ-29 qırıcısı cəmləşdirilib.

Rusiyanın Ermənistana əlavə hərbi qüvvələr cəmləşdirməyə başlaması həm də Qarabağ münaqişəsi zonasında vəziyyətin növbəti dəfə kəskinləşdiyi bir vaxtda baş verir. Ehtimal olunur ki, Rusiya Ermənistana əlavə qüvvələr cəmləşdirməklə Türkiyəyə güc nümayş etdirmək istəyir, eyni zamanda mesaj verir ki, Türkiyənin regiondakı müttəfiqinə hərbi dəstək verərək Qarabağ münaqişəsi ətrafındakı status-kvonu dəyişdirməsi istisnadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=43645

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31