Komitə sədri institut direktorunu özünə köməkçi təyin etdi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kadr dəyişikliyi baş verib.
APA-nın əldə etdiyi məlumata görə, komitə sədri Ramiz Həsənovun müvafiq əmri ilə Sabiq Abdullayev onun köməkçisi təyin olunub.
Qeyd edək ki, bundan öncə S. Abdullayev Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru olub.
Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumatı təsdiqləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=43711