MM-nin komitə sədrlərinə və deputatlara yeni səlahiyyət verilir

08.12.2015 - 15:22

mmMilli Məclisin komitə sədrlərinə Milli Məclisin iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin daxili nizamnamnaməsinə dəyişikliklərdə öz əksini tapıb.

Qeyd edək ki, hazırki nizamnaməyə əsasən Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.

Bundan əlavə, nizamnaməyə dəyişikliklərdə Milli Məclisin deputatlarına eyni zamanda iki komitənin üzvü olmaq hüququnun verilməsi təklif edilir.

Nizamnaməyə dəyişikliklər Milli Məclisin növbəti plenar iclasının müzakirəsinə tövsiyə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=43744

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31