Müdafiə Nazirliyi erməni nazirin qeyri-etik ifadələri haqda: “BAŞINI İTİRİB”

08.12.2015 - 15:57

mnAzərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyətə dair açıqlamasına cavab verib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, S. Ohanyanın ədəb-ərkandan danışdığı halda qeyri-etik ifadələr işlətməsi çarəsizlikdən başını itirmiş acizin hərəkətinə bənzəyir: “Ermənilərin cəbhəboyu zonada gərginlik yaratmalarının səbəbini Seyran Ohanyan özü boynuna alır və bunun ölkəsindəki daxili siyasi, eləcə də regional gərginliklə bağlı olduğunu açıqlayır. Uşaqların, qadınların, ahılların qətlinə əmr verən, özünün də zövqlə bu qanlı əməllərdə iştirak etməsini bəyan edən caninin heç bir mənəvi haqqı olmadığı halda ədəb-ərkandan, ləyaqətdən danışması da Seyran Ohanyanın döyüş meydanında ləyaqətini itirmiş tərbiyəsizin biri olmasının göstəricisidir. Onun açıqlaması əlacsızlıqdan, çarəsizlikdən başını itirmiş birinin hərəkətinə bənzəyir. Əlində arqumenti olmayan şəxsin açıqlamalar edərkən təhqirə yol verməsi sadəcə, acizliyin göstəricisidir. Çünki ortaya qoyulası ağlabatan bir fakt olmadıqda cılızlar həmişə xainliyə, çığır-bağıra, təhqirə əl atmaq məcburiyyətində qalır”.

Qeyd olunub ki, Azərbaycanın Müdafiə Nazirliyi S.Ohanyanın bu fikirlərini psixoloji sarsıntılara məruz qalan xəstə təxəyyülün növbəti məhsulu kimi dəyərləndirir: “Onun Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini daxildəki, ordudakı ağır vəziyyətdən yayındırmaq məqsədilə atılan addım kimi qiymətləndirmək olar. Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir”.

Qeyd edək ki, S. Ohanyan cəbhədəki son vəziyyətlə bağlı Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədib.

Short URL: http://www.cumhuriyyet.net/?p=43755

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31