“Bəzi nazirlər, komitə sədrləri, sanki əlçatmaz olublar” – Deputat

08.12.2015 - 16:17

mm2Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bu gün keçirilən iclasında millət vəkillərinin, bütövlükdə Milli Məclisin səlahiyyətlərinin artırılması təklif edilib.

Məlumata görə, iclasda çıxış edən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı ictimai rəy var:

“Bunu da mətbuat ortaya qoyur. Bəzən hər hansı məsələ ilə bağlı mətbuatın üzərinə gedirik, amma əslində, mətbuat ictimai rəyin yaradılmasında böyük rol oynayır. Odur ki, ictimai rəyi də əsas götürərək belə hesab edirəm ki, Milli Məclisin səlahiyyətlərinin artırılmasına ehtiyac var. Bu gün nazirlər, komitə sədrləri bizdən – xalqın seçdiyi təmsilçilərdən daha geniş səlahiyyətlərə malikdir. Bir dəfə demişəm, indi də deyirəm ki, bəzi nazirlər, komitə sədrləri, sanki əlçatmaz olublar. Onlar telefonlara cavab vermirlər. Bəzən parlamentdə də elə bir atmosfer yaradılır ki, sanki, nazirlər, komitə sədrləri göydən paraşütlə eniblər. Bu düzgün deyil”.

F.Ağamalının sözlərinə görə, son hadisələr də göstərdi ki, bəzi nazirlər öz səlahiyyətlərini çox aşıblar və bir sıra qanunsuzluqlara yol veriblər. trend.az

Short URL: http://www.cumhuriyyet.net/?p=43764

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31