Putindən Türkiyəyə TƏHQİR: “Alçaldıcıdır”

12.01.2016 - 11:36

putin5Rusiya prezidenti Vladimir Putin Türkiyənin Su-24 təyyarəsini vurduqdan sonra sərgilədiyi mövqeni qəribə adlandırıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Bild” qəzetinə müsahibəsi zamanı Rusiya prezidenti Türkiyənin insidentdən sonra “özünü qorumaq üçün NATO-nun qərargahına qaçması”nı Ankarınn özü üçün də “alçaldıcı” hadisə adlandırıb.
“Türkiyə rəhbərliyi terrorçuları bombalayan hərbi təyyarəmizi vurmaqla törətdiyi hərbi cinayətə görə Rusiya ilə danışıq aparmaqdansa, NATO-nun mənzil qərargahına qaçaraq özünə müdafiə axtarması çox qəribə və məncə, Türkiyənin özü üçün də alçaldıcı görünür”.

Putin Türkiyənin NATO üzvü olmasının hazırkı gərginliklə heç bir əlaqəsi olmadığını deyib.

“Təkrar edirəm, NATO hücuma məruz qalan üzvlərini müdafiə etməlidir, amma Türkiyəyə heç kim hücum etməyib.

Türkiyənin hansısa, qonşu ölkələrdə marağı varsa, bu o deməkdir ki, NATO onun həmin maraqlarını müdafiə etməlidir? Bu o deməkdir ki, NATO üzvü Almaniya Türkiyəyə qonşu əraziləri istila etməyə yardımçı olmalıdır?”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=48241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930