Məleykə Abbaszadə ilə Eldar Mahmudovun işbirliyi?

15.01.2016 - 16:21

meleykeBu gün mətbuatda yayılan məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində 142 saxta diplom aşkarlanıb.

Bu məluamatı oxuyanda yadıma keçmiş səhiyyə naziri, hazırda məhbus həyatı yaşayan Əli İnsanovun məhkəmədə dediyi fikirlər düşdü: “Mən Məleykə Abbaszadədən soruşmaq istəyirəm ki, 12 balla Tibb Гniversitetinə necə girmək olar”.

Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadədən gedirdi.

O zaman Əli İnsanovun vəkili onu da qeyd edirdi ki, TQDK sədri Məleykə Abbaszadə Əli İnsanov barəsində MTN-ə məktub yazıb və həmin məktub sabiq nazirin həbsinə rəvac verən fakt kimi tanınıb.

Baş verən hadisələrə bugünkü prizmadan yanaşanda çox mətləblərə aydınlıq gəlir.

Bəli, həmin illərdə TQDK-nın keçirdiyi qəbul imtahanlarına ancaq MTN əməkdaşları nəzarət edirdi. Və hər iki qurum birləşərək qəbul imtahanında milyonlar qazanırdı.

Hətta 12 bal toplamağa savadı çatmayan abituriyentlər saxta yüksək balla ATU-ya, BDU-nun hüquq fakültələrinə qəbul olunurdu. Əli İnsanov məhkəmədəki çıxışında məhz bunları nəzərdə tuturdu.

Bu gün MTN ləğv olunub, keçmiş nazir Eldar Mahmudovun həbsi gözlənilir. Deməli, Məleykə Abbaszadə ilə Eldar Mahmudov cütlüyünün qaranlıq əməllərinin açılması üçün imkan var.

Sadəcə ortada yuxarının razılığı olmalıdır.
nuh.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=48785

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930