İlham Əliyev: “SOCAR özəlləşdirilməyəcək”

22.01.2016 - 10:24

ilham4“Yaxın vaxtda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq”.

“APA-Economics” xəbər verir ki, bunu RİA “Novosti” agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirilməyəcək: “SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən onun özəlləşdirilməsindən söz gedə bilməz”.

Müxbirin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualına prezident bu cür cavab verib: “Rusiya Azərbaycanın yaxın dostudur. Əgər istəsələr, yalnız şad olarıq. Lakin hələ ki, müraciət edən olmayıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=50134

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728