Yaponiya İrana sanksiyaları qaldırdı

22.01.2016 - 10:27

sugaYanvarın 22-də Yaponiya İrana sanksiyaları qaldırıb. Ötən həftə BMT-nin nüvə agentliyi Tehranın ötən il əldə olunmuş nüvə sazişinin şərtlərinə əməl etdiyini açıqlayıb.

“Yaponiya İranla əməkdaşlığı gücləndirmək, Yaxın Şərqdə sülh və sabitliyə töhfə vermək istəyərdi”, – Kabinetin baş katibi Yoshihide Suga Tokioda keçirilən mətbuat konfransında deyib.

Yaponiyanın sanksiyalarına İslam Respublikasında neft və qaz sektoruna investisiyanın dayandırılması daxil idi. Xarici işlər naziri Fumio Kishida jurnalistlərə deyib ki, tezliklə Tehranla yeni investisiya sazişi imzalanacaq.

Uzunmüddətli sanksiyalardan sonra qlobal şirkətlər enerjiylə zəngin İrana daxil olmağa çalışırlar. Yaponiyanın Suzuki Motor Corp. şirkəti bir gün öncə bildirib ki, İran bazarına qayıtmağı düşünür.

Yanvarın 16-da ABŞ, Avropa Birliyi və BMT İrana sanksiyaları qaldırıb (“Azadlıq” radiosu).

Short URL: http://www.cumhuriyyet.net/?p=50137

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728