Azərbaycan kəşfiyyatı Ermənistanı lərzəyə salıb

22.01.2016 - 10:37

armenian-defenderErmənistanda Azərbaycan kəşfiyyatının şəbəkəsi ilə mübarizə heç bir nəticə vermir.

Ölkə.az xəbər verir ki, son zamanlar Azərbaycanın döyüş xəttində əldə etdiyi üstünlük erməniləri bərk qorxuya salıb.

Erməni işğalçılarının cəbhə xəttindəki atəş nöqtələrinin, mühüm hərbi obyektlərinin, döyüş xəttinə yaxın yerləşən ərzaq və silah ambarlarının ordumuz tərəfindən sərrast zərbələrlə məhv edilməsi Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətə salıb.

Məlumata görə, ermənilər Rusiya hərbi kəşfiyyatının zabitlərinin köməyi ilə öz silahlı qruplaşmalarının daxilində təmizləmə əməliyyatına başlayıblar. Artıq ermənilər özlərinin ön xətdəki bütün komandirlərindən şübhələnməyə başlayıblar. Ermənistandakı hərbi qaynaqlara yaxın mənbənin məlumatına görə, erməni komandanlığı doyüş xəttindəki zabitlərinin yerini hər həftə dəyişir. Döyüş xəttindən qayıdan əsgər və zabitlər rusların da iştirakı ilə erməni kəşfiyyatının əməkdaşları tərəfindən çarpaz sorğu-suala tutulurlar. Onların əksəriyyətinə yaşadıqları şəhərdən çıxmaq qadağan edilib.

Hazırda Azərbaycan kəşfiyyatının Ermənistandakı şəbəkəsinə işlədiyi iddia edilən iki erməni, 18 yaşlı Diana Qoroyan və hərbçi Sergey Papoyan həbsdədirlər və onlara casus damğası vurulmağa çalışılır.

Həbs olunan ermənilərin vəkillərinin və yaxın qohumlarının sözlərinə görə isə, onların əməlində heç bir casusluq fəaliyyəti sübut edilməyib və onların həbsi ilə hakimiyyət yalnız plan doldurur, Ermənistan xüsusi xidmət orqanları isə guya işlədiklərini hakimiyyətə və ictimaiyyətə göstərmək istəyirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=50156

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728