Daşkəsəndə dam fəlakəti: Abıyev pulları kimlə silib? – Foto

22.01.2016 - 12:01

abiyevDaşkəsəndə dam örtüyü fəlakəti rayon rəhbərliyinin korrupsiyasını növbəti dəfə faş etdi. TİA.AZ-ın məlumatına görə, yanvarın 19-da rayonun çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə ziyan dəyməsi görülən işlərin hansı səviyyədə olduğunu nümayiş etdirdi. İcra başçısı Əhəd Abıyevin tələm-tələsik şəhərin S.Vurğun küçəsində yerləşən 2 mərtəbəli, 12 mənzilli 16 nömrəli yaşayış binasına baş çəkməsi də onun əməllərini ört-basdır edə bilmədi. Belə ki, icra başçısının dam örtüyü ilə bağlı korrupsiyayayol verməsi haqda daha əvvəl yazılanlar əyani şəkildə təsdiqləndi.

Məlumata görə, icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat “siliblər”.

Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını “yuyurlar”.

Bu barədə pia.az da yazmışdı. Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib.

Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib.

Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb.

Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.

Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…



Short URL: http://www.cumhuriyyet.net/?p=50206

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728