Ərdoğandan Rusiyaya “meydan oxudu”: “İzn verməyəcəyik”

22.01.2016 - 17:46

erdoqan3Rusiyanın Türkiyə sərhədlərində aviabaza tikməsinə icazə verməyəcəyik.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Rusiyanın Suriyanın şimal-şərqindəki Qamışlı şəhərində aviabaza tikməsi barədə yayılan xəbərlərə münasibət bildirib:

“Rusiyanın Qamışlıya 100 hərbçisini göndərməsi barədə şayiələr gəzir. Biz bu məsələdə həssasıq. Türkiyənin sərhədlərində aviabazanın tikilməsinə icazə verməyəcəyik. Bizim mövqeyimiz qətidir. Sabah ABŞ vitse-prezidenti Co Baydenlə bunu müzakirə edəcəyik”.

Qeyd edək ki, Rusiya bir neçə gün öncə 100 hərbçisini Qamışlıdakı hökumət qüvvələrinin nəzarətində olan aerodroma göndərib. İddialara görə, Rusiya burada aviabaza tikməyi planlaşdırır.

Short URL: http://www.cumhuriyyet.net/?p=50334

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728