Sərkisyan İran prezidenti ilə nə barədə danışıb?

24.01.2016 - 21:56

ser-sdİran prezidenti Həsən Ruhani ilə onun erməni həmkarı Serj Sərkisyan arasında bu gün telefon danışığı olub.

Musavat.com-un məlumatına görə, zəngi Sərkisyan edib.

Erməni qaynağının məlumatına görə, tərəflər iki ölkə arasında əlaqələrin mövcud durumundan razılıq ifadə edib, regional və qlobal əhəmiyyət kəsb edən bir sıra aktual problemləri müzakirə ediblər. Həmçinin, əlaqələrin inkişaf perspektivindən danışıblar.

“Ruhani və Sərkustan zəruri iradə olarsa, danışıqlar yolu ilə istənilən məsələdə həll yolu tapmağın mümkünlüyünü qeyd ediblər ” – məlumatda deyilir.

İran prezidenti Ermənistanla əlaqələrin genişlənməsi və dərinləşməsi üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Telefon danışığı zamanı qarşıdakı görüşlərin proqramları da müzakirə edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=50597

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728