“Nəhayət ki, onlar Putinin necə təhlükəli olduğunu gördülər” – Saakaşvilinin partiyasından Azərbaycana növbəti jest

24.01.2016 - 22:16

saakasvili““Qazprom”la danışıqlar ölkəyə arxadan vurulan zərbədir”. 

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkatının liderlərindən biri olan Qiqa Bokeriya söyləyib.

Onun sözlərinə görə, Rusiya Gürcüstanın düşmənidir və belə məsələdə Moskva ilə razılığa gəlmək olmaz:

“Avropa “Qazprom”dan canını qurtarmağa çalışır. Nəhayət ki, onlar Putinin necə təhlükəli olduğunu gördülər. Avropa böyükdür və Rusiya onun qazını tamamilə kəsə bilməz. Lakin bütün bunlara rəğmən, Moskva hələ də Avropanı hədələyir.

Biz 2006-cı ili yaxşı xatırlayırıq. O zaman qazı kəsib, bizi şaxtanın ortasına atdılar və Azərbaycan bizə kömək etdi. Nəticədə biz yalnız Rusiyanın Ermənistana ötürdüyü tranzit qazından asılı olduq. İndi isə bizi aldadırlar. Yalandan bizə iqtisadi fayda veriləcəyi deyilir. Biz bu insanları istefaya göndərməliyik”.

Axar.az

Short URL: http://www.cumhuriyyet.net/?p=50602

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728