AŞPA-ya yeni sədr seçildi

25.01.2016 - 15:14

pedroBu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında ispaniyalı Pedro Aqramunt AŞPA-nın sədri vəzifəsinə seçilib.

Virtualaz.org saytı xəbər verir ki, P.Aqramunt AŞPA-da Avropa Xalq Partiyası qrupunun sədri olub.

Assambleya sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür. Siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair “centlmen sövdələşməsi”nə əsasən, bu dəfə növbə Pedro Aqramuntun rəhbərlik etdiyi Avropa Xalq Partiyası Qrupunun idi. Onun bu vəzifəyə namizədliyi ötən il öz qrupu tərəfindən irəli sürülüb.

İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda assambleya daxilində komitə sədri vəzifələrində çalışıb, bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb. P. AqramuntAŞPA-da fəal parlamentarlardan hesab olunur. P. Aqramunt bu vəzifədə mandatı 2017-ci ildə bir dəfə yenilənməklə, 2018-ci ilin yanvar ayına qədər fəaliyyət göstərəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=50986

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728