Elman Rüstəmov yenə dollarla kredit götürənlərdən danışdı

26.01.2016 - 13:15

elman-rustemovAzərbaycan Mərkəzi Bakının (AMB) sədri Elman Rüstəmov yenə banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, E. Rüstəmov deyib ki, “hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər”.

“Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqrammı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik”, – deyə E. Rüstəmov bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=51286

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728