AŞPA-da Qarabağ müzakirələri başladı

26.01.2016 - 13:51

aspaFransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyətin müzakirəsi başlayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu gün AŞPA-nın deputatları Azərbaycanın işğal olunmuş ərazilərinə dair iki hesabatı müzakirə edəcək.

Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” hesabatının müzakirəsində AŞPA-nın 45 deputatının çıxışı gözlənilir. R.Uolter artıq AŞPA-nın üzvü olmadığından hesabatı sessiya iştirakçılarına AŞPA deputatı Moqens Yensen təqdim edib.

Bu gün, həmçinin deputat Militsa Markoviçin (Bosniya və Herseqovina) “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” adlı hesabatının da müzakirəsi ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=51318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728