Dövlət qurumlarında vakant iş yerləri doldurulacaq – Rəsmi
“ARDNŞ və “Azəriqaz” istehsalat müəssisəsi ilə birlikdə geniş müşavirə keçirəcəyik və ölkənin ayrı-ayrı yerlərində iş yerlərinin açılması prosesinə start veriləcək.
Digər dövlət qurumları ilə də belə görüşlər keçiriləcək, vakant iş yerləri doldurulacaq”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, ilkin hesablamalara əsasən 6 ay müddətində ictimai işlərə cəlb olunma yolu ilə ayrı-ayrı regionlarda 200-300 iş yerinin açılması da nəzərdən keçirilir: “Dövlət başçısı tərəfindən bununla bağlı tapşırıqlar verilib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=51320