Xalid Bağırov: “Naxçıvanın hansı müstəqil maraqları var ki…”

27.01.2016 - 11:43

xalid-baqirovNaxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb. APA-nın məlumatına görə, bununla bağlı Ali Məclisin sədri Vasif Talıbov yanvarın 22-də fərman verib. Bir gün sonra isə Talıbovun sərəncamı ilə Fariz Bağırov bu quruma rəis təyin olunub.
Tanınmış hüquqşunas, ReAl Vətəndaş Hərəkatının təmsilçilərindən biri Xalid Bağırov bu məlumatı heyrətlə qarşılayıb.
Xalid Bağırov özünün feysbuk səhifəsində yazıb:
“Muxtar Respublikada Xarici Kəşfiyyat Xidməti yaradıblar və Xidmətin rəisini də Vasif Talıbov təyin edir. Xəbəri oxudum, inanmadım, və təkrar oxudum…
1)Heç federal dövlətlərin tərkib subyektlərinin xaricdə kəşfiyyat aparmaq səlahiyyətləri olmur. Azərbaycan isə rəsmən unitar dövlətdir.
2) Kəşfiyyat strukturlarının əsas fəaliyyəti ölkənin xarici ilə bağlı olduğu üçün belə qurumların yerli strukturlarının yaradılmasına belə ehtiyac olmur.
3) Naxçıvan Muxtar Respublikasının xaricdə hansı müstəqil təhlükəsizlik maraqları var ki, onun əlahidə belə xidməti yaradılır.
4) Vəd olunduğu kimi sabah Dağlıq Qarabağa da xüsusi status verəcəyik, təxminən Naxçıvanın statusuna yaxın. Deməli DQ-ın da xarici kəşfiyyatı olacaq? Və harada işləyəcək o kəşfiyyat Bakıda? Gəncədə?
5) Ən sonunda təsəvvür edin, MKİ, FTB, FSB və ya Mİ 5 cəsus tutur, məlum olur ki, bu Naxçıvan cəsusudur. Bilmirsən ağlayasan, ya güləsən…”

Short URL: http://www.cumhuriyyet.net/?p=51586

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728