Ermənistan və İran yeni nəqliyyat dəhlizi yaradır

30.01.2016 - 11:54

eiErmənistanın nəqliyyat naziri Qaqik Beqlaryan bir həftə öncə Tehrana səfəri zamanı keçirdiyi görüşlərin detallarının açıqlayıb.

O, “Azadlıq” radiosunun yerli bürosuna açıqlamasında İranla Ermənistan arasında yeni beynəlxalq dəhlizin yaradılması barədə razılığın əldə olunduğunu bildirib. İranın birinci vitse-prezidenti Əsgər Cahangiri və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə danışılar apardığını deyən Q. Beqlaryanın sözlərinə görə, bu dəhliz Hindistanı İran, Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsi ilə Avropaya birləşdirəcək: “Bizim hesablamalarımıza görə, bu yol Azərbaycan və Türkiyədən keçən yola nisbətən daha ucuz olacaq. İrandan keçməklə Avropa və Rusiyaya daşınacaq bütün yüklər Erasxa magistral yolla, oradan Potiyə qatarla, oradan Avropaya isə bərə ilə çatdırılacaq”.

Nazir bu layihənin həyata keçməsi üçün bu il Şimal-Cənub avtomagistralının Sünik və Vayodzor hissəsinin tikintisinə başlanılacağını deyib: “Yolun bu hissəsləri isə Gürcüstanın Qara dəniz limanı ilə dəmiryol rabitəsi olan Erasx stansiyasına birləşəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=52050

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728