Səməd Seyidov vəzifədən uzaqlaşmasına reaksiya verdi

01.02.2016 - 12:06

semed-seyidovMənim Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunmağımla bağlı məlumatlar tamamilə yalandır.

Report xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur:

“Səhhətimdə yaranan problemlərə görə AŞPA-nın qış sessiyasına gedə bilmədim. Orada məni nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov əvəz edib”.

S.Seyidov bildirib ki, nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmasıyla bağlı mətbuatda yazılanlar onu çox təəccübləndirib:

“Məni çox məşhurlaşdırdılar. Çünki Avropadan, Rusiyadan, eləcə də başqa ölkələrdən mənə arası kəsilməyən zənglər gəlirdi. Konkret cavabım ondan ibarətdir ki, bu məlumatlar tamamilə yanlışdır. Nümayəndə heyətinin tərkibi təsdiq olunaraq parlament tərəfindən AŞPA-ya göndərilib. Hazırda nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm. Düzdür, AŞPA-nın yanvar sessiyasında iştirak etməmişəm. Bu da səhhətimdə yaranan problemlərlə əlaqədardır. Lakin mətbuatda yazıldığı kimi kənarlaşdırılma, hansısa məktubda nələrisə yazmamağım, Ermənistanın məktubdan istifadə etməsi və digər məlumatların hamısı həqiqətə uyğun deyil”.

Xatırladaq ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa da Axar.az-a açıqlamasında bu barədə xəbərləri təkzib etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=52276

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728