Deputat: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır!”

01.02.2016 - 13:09

zahid-orucMilli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Zahid Oruc işğal altında olan ərazilərimizin adlarının kafe və restoranlara, digər obyektlərə qoyulmasına etiraz edib.

Publika.az-ın məlumatına görə, deputat bildirib ki, Şuşa və digər işğal altında olan rayonlarımızın adlarının ayrı-ayrı restoranlara, obyektlərə verilməsi yığışdırılmalıdır.

Bəzi icra başçılarının fəaliyyətini tənqid edən Z.Oruc deyib ki, bir icra başçısının gördüyü işləri və verdiyi qərarları, ondan sonra təyin olunan icra başçısının ləğv etməsi yolverilməzdir: “Biri gedir, başqası gəlir, əvvəlkinin qərarlarını ləğv edir. Bu, niyə belə olmalıdır ki?”

Deputat əlavə edib ki, indi Dağlıq Qarabağ adı ermənilərdə mövcuddur: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır”. Onun fikrincə, bu adın bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=52302

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728