Zahid Oruc Çingiz Abdullayevi vəzifələrindən imtinaya çağırdı

01.02.2016 - 13:52

zahid-cingizMilli Məclisin yaz sessiyası başlayıb. Dövlət Himninin oxunmasından və keçmiş deputat, akademik Cəlal Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra sessiyanın qanunvericilik işlər planının müzakirəsinə keçildi.

Cümhuriyyət.az musavat.com-a istinadən bildiri ki, Deputat Zahid Oruc yazıçı Çingiz Abdullayevin son açıqlamasına diqqət çəkdi: “Çingiz müəllim detektiv janrda tirajı milyonu keçən tanınmış yazardır. Bu yaxınlarda “4 uşaq atasını necə işdən çıxardım” deyə, bir çağırışda bulunmuşdu. Məncə, Çingiz müəllim mənim bu sözümdən inciməz.

Çingiz Abdullayevin özü 4 vəzifəni daşıyır. O qələm adamlarındadndır ki, öz kitablarlı ilə yaxşı yaşaya bilər. Çingiz müəllimin bu açıqlaması özünə də, bəzi millət vəkillərinə də, məmurlara da aiddir. Heç kimə sirr deyil ki, nazir gedib auditoriyada dərs deyə bilməz. Ən azı min vəzifə burdan yarana bilər. Qoy Çingiz müəllim başlasın, tutduğu vəzifələrdən imtina etsin, digərləri də bu prosesi davam etdirsin.

Z.Oruc işğaldakı ərazilərimizin adını kafe və restoranlara, digər obyektlərə qoyulmasına da etiraz etdi: “Şuşa və ümumiyyətlə, işğal bölgəsi ilə bağlı adlar yığışdırılmalıdır”.

Deputat Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəqil olmasını təklif etdi. Ardınca icra başçılarını tənqid etdi: “Biri gedir, başqası gəlir, amma əvvəlkinin qərarlarını ləğv edir. Bu, niyə belə olmalıdır ki?”

Z.Oruc MİS-lərin fəaliyyətsiz quruma çevrildiyi halda, bu quruma vəsaitlərin ödənildiyini xatırlatdı, bu sahədə islahatlara gedilməsini zəruri saydı.

Dağlıq Qarabağ Muxtar Vilayətinin 90-cı illərdə ləğv edildiyini xatırladan Z.Oruc bildirdi ki, bu gün Dağlıq Qarabağ adı ermənilərdə mövcuddur: “Dağlıq Qarabağ Muxtar Vilayəti bərpa olunmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=52326

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728