AŞPA-da Qarabağ qətnaməsinin niyə keçmədiyi üzə çıxdı

09.02.2016 - 11:43

robert-uolterAŞPA-nın qış sessiyasında britaniyalı Robert Uolterin hazırladığı və Azərbaycanın işğal altındakı ərazilərindəki zorakılıq hallarına dair qətnamə layihəsinin səsvermədən niyə keçmədiyi məlum olub.

Virtualaz.org xəbər verir ki, ermənipərəst amerikalı konqresmen Adam Şiff Amerikada nəşr edilən erməni qəzeti “Asbarez”in baş redaktoru Ara Xaçatryanla söhbətində dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nulandın bu işdə xüsusi rolunun olduğunu deyib.

“Mən qətnamə müzakirəyə çıxarılmazdan əvvəl ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət etdim. Mənfi mövqeyimi bildirdim və qeyd etdim ki, bu, Azərbaycanı dəstəkləyən, təktərəfli qətnamədir. Həm səfir, həm də Viktoriya Nuland bunun üzərində işləyəcəklərini dedilər”-Adam Şiff bildirib.

Konqresmen deyib ki, onların bu kimi səyləri sayəsində qətnamə layihəsi səsvermədən keçməyib. “Orada su ilə bağlı digər bir qətnamə də var idi. O, keçdi. Amma düşünürəm ki, ən destruktiv olanı keçmədi”, – Adam Şiff deyib.

Xatırladaq ki, Robert Uolterin qətnaməsində Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı təsbit olunurdu. Qətnamə layihəsinin müzakirəyə çıxarılmasından əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri sənədin qəbulundan çəkinməyə çağıran bəyanat vermişdi.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=52766

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728