Vüqar Bayramova sui-qəsd – Foto

09.02.2016 - 12:05

vuqar-bayramovİqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) son illər Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçiləndən sonra fəaliyyətimizə qarşı bir sıra radikal qrupların “diqqəti” daha da artıb.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov özü məlumat verib. Ekspert bildirib ki, Rusiyanın radikal “Pleskov Slavik Qrupu” CESD-ni yəhudilərin yaratdığı mərkəz adlandıraraq onun sədrini zəhərləməyə çağırmaqdan belə çəkinməyib:

“Belə ki, Pleskov Qrupu son hesabatında yazır ki, CESD-nin sədri Vaşinqton Universitetinin məzunu Amerika şinelindən çıxmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir və əgər onunla yemək yesəniz, sadəcə, onu zəhərləyin. Bu məlumatdan sonra isə CESD haqqında məlumat verilib”.

İqtisadçı bildirib ki, rəhbərlik etdiyi təşkliatın regionun ən güclü beyin mərkəzi olması sadəcə CESD-nin tədqiqatlarının keyfiyyətinin nəticəsidir:

“Biz Azərbaycan təşkilatı olmağımızla qürur duyuruq və hər zaman ölkəmizin, regionun iqtisadi siyasətinə pozitiv təsir etməyə çalışırıq. Bizim fəaliyyətimizi anti-rus və ya hansısa digər xalqa qarşı olması anlamına gəlməməlidir. Xoşdur ki, bizim Rusiyanın bir neçə beyin mərkəzi ilə sıx əməkdaşlıq münasibətlərimiz var. CESD Qərb ölkələri ilə yanaşı, Yaponiya, Rusiya, Çin, Cənubi Koreya kimi ölkələr ilə ciddi əməkdaşlığa malikdir. CESD sədrini zəhrləmək isə düşünürük ki, yalnız radikalların ağlına gələ bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=52777

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728