Davudoğlu: “Rusiya ilə bağlı əlimizdə məlumatlar var”
Rusiya bu günə qədər Suriyada 6 min hədəfi bombalayıb. Onların hamısı da müxaliflərə və mülki vətəndaşlara qarşı olub.
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş naziri Əhməd Davudoğlu partiyasının iclasında deyib.
O, Suriyaya girənlərin SSRİ-nin Əfqanıstandakı taleyini yaşayacaqlarını bildirib:
“Artıq Rusiya və ABŞ-ın Suriya məsələsində səmimi olmalarının vaxtıdır. Rusiya bu günə qədər Suriyada 6 min hədəfi bombalayıb. Onların hamısı da müxaliflərə və mülki vətəndaşlara qarşı olub. Bununla bağlı əlimizdə dəqiq məlumatlar var. Artıq buna “dur” deməyin vaxtı çatıb. Suriyanı qan gölünə çevirənlər bir gün bunun əvəzini verəcəklər. Super güc olan SSRİ qoşunlarının Əfqanıstandan zəlil şəkildə çıxdığını heç kim unutmasın. Bu gün Suriyaya girənlər, Hələbi bombalayanlar da eyni taleyi yaşayacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=52845