Ziya Məmmədov dəmir yolu ilə bağlı qərarını ləğv etdi
Azərbaycan Nəqliyyat Nazirliyi “Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında” 2013-cü il 5 aprel tarixli qərarını ləğv edib.
Bununla bağlı qərarı nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.
Qərar Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixldə imzaladığı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərmanının 2.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.
Ləğv olunan qərar dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyirdi.(Report.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=53003