Respublikaçı Aşotyan gedir, daşnak Mkrtçyan gəlir

10.02.2016 - 12:46

asotyanBu gün Ermənistanda təhsil naziri Armen Aşotyanın istefas elan ediləcək.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin vəzifədə onun yerini Daşnaksütun Erməni İnqilabi Federasiyasının təmsilçisi Levon Mkrtçyan tutacaq. Bu yerdəyişmə Ermənistanda hakim Respublika partiyası ilə daşnaklar arasında əldə edilmiş koalisiya razılaşması çərçivəsində baş tutur.

Hakim partiyanın icra orqanı Aşotyanın istefası barədə qərar vermək üçün toplanıb. Mənbələr deyirlər ki, onu ya milli təhlükəsizlik Şurasının katibi, ya da səfir təyin edəcəklər. Ermənistanda milli təhlükəsizlik Şurasının katibi vəzifəsi 2014-cü ildə Artur Bağdasaryanın istefasından sonra boş qalır.

Levon Mkrtçyan isə bundan əvvəl daşnaklarla hakim partiya arasında koalisiya razılaşmaları çərçivəsində 3 dəfə təhsil naziri olub. Bu, onun dördüncü təyinatı olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=53013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728