Arif və Leyla Yunuslar ölkədən buraxılmadı

11.02.2016 - 14:07

arif-leyla“Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxamağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. “Report”un xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, həkim ekspertin rəyinə əsasən Leyla Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir, öd kisəsindəki bir böyük daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur və bu xəstənin xəstəxanada yerləşdirilməsinə, daşın çıxarılması üçün təcili əməliyyat olunmasına ehtiyac var: “Arif Yunus isə şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyyəsində naməlum ağrılarlardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir”.

Vəkil bildirib ki, ərizəyə bu gün Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. İddia ərizəsi təmin edilməyib.

Qərardan apellyasiya şikayəti veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=53191

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728