Millət vəkilindən icra başçısına İTTİHAM

15.02.2016 - 10:49

fazil-mustafa“Biz ötən dəfə Avropa Şurasında ermənilərin Sərsəng su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik. Bu gün Tərtərdə olanda əmin oldum ki Sərsəng su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır.”

Yenicag.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Facebok-da yazıb. Deputat icra başçısı Müstəqim Məmmədovu sərt şəkildə tənqid edib.

“Bu gün Tərtərə dostum Zülfüqar bəyin qızının vəfatı ilə əlaqədar ailəsinə baş çəkməyə getmişdim. Şəhərin içindəki mərkəzi küçələrin vəziyyəti məni dəhşətə gətirdi. Ötən il də eyni mənzərə idi. Hər yer qazıq-qazıq, yağış yağanda camaat nə zülüm çəkir, təsəvvür etmək mümkündür. Biz ötən dəfə Avropa Şurasında ermənilərin Sərsəng su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik. Bu gün Tərtərdə olanda əmin oldum ki Sərsəng su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır.

Şəhər əməlli-başlı xarabazara çevrilib və bu səviyyədə biganəliyi heç bir rayonda müşahidə etmədim. Xüsusilə də sərhəddə yerləşən və ermənilərə sona qədər dirəniş göstərən, bu gün də bütün sıxıntılara rağmən doğma ocağında yaşamağa davam edən bu fədakar Tərtər camaatının ümumiyyətlə icra başçısı sarıdan əziyyət çəkir. Yeni təyin olunan da pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur. Məncə ermənilərlə təmas xəttində olan rayonlarımızda icra başçısının doğru seçilməsi, bu bölgələrimizin həm də təhlükəsizliyinin təminatıdır.”

Short URL: http://www.cumhuriyyet.net/?p=53627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728