Dövlət Departamenti Nuland məsələsində əsas suala cavabdan yayındı

15.02.2016 - 14:06

dos-usaABŞ Dövlət Departamenti Azərbaycan torpaqlarının işğalı ilə bağlı AŞPA qətnaməsinin qəbul edilməməsində dövlət katibinin köməşksi Viktoriya Nulandın rolu barədə Turan agentliyi və “Amerikanın səsi” radiosunun birgə sorğusuna aydın cavab verməyib.

Sorğu guya Nulandın Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyən qətnamənin qəbuluna yol verməməsi ilə bağlı ittihamlarla əlaqədar olub.

Dövlət Departamentinin cavabında deyilir: “ABŞ Azərbaycanın Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, Dağlıq Qarabağa aid olan məsələlərin regional və beynəlxalq təşkilatlarında qaldıra biləcək suveren hüququna hörmətlə yanaşır.

Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır. Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar yolu ilə həll olunmasına tam sadiq qalaraq həmsədrlərlə sıx əməkdaşlığı davam edəcəklər”.

Xatırladaq ki, V.Nulandın bu məsələdə iştirakı mövzusu ermənipərəst konqresmen Adam Şiffin bəyanatından sonra ortaya çıxıb. Belə ki, Şiffin sözlərinə görə, Nuland Azərbaycan torpaqlarının işğalı ilə bağlı Robert Uolterin qətnaməsinin yolverilməz olduğunu bildirib.

Bunun cavabında Nuland ona bu istiqamətdə “AŞPA ilə işləməyi” vəd edib.

Bundan sonra Azərbaycan XİN bəyan edib ki, Vaşinqtondakı səfirliyə bu məsələni araşdırmağı tapşırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=53711

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728