Dünya Bankı Azərbaycandakı islahatlara dəstək verəcək

17.02.2016 - 12:43

dbQiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sisteminin istifadəyə verilməsi Azərbaycana yeni investisiyaların gəlməsinə şərait yaradacaq.

“Report”un verdiyi xəbərə görə, bunu Dünya Bankının (DB) Cənubi Qafqazda maliyyə və pzəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina bildirib.

“Sistemin istifadəyə verilməsi kapital bazarının effektiv işləməsinin təməli, Azərbaycan kapital bazarının davamlı inkişafı üçün mühüm əlamətidir. Həmçinin, Azərbaycana yeni investisiyaların, o cümlədən xarici investisiyaların gəlməsinə şərait yaradacaq. Bundan başqa, yerli şirkətlər də beynəlxalq kapital bazarına çıxış imkanı əldə edəcək”, – deyə A.Priqojina deyib.

O bildirib ki, DB Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə hazırdır.

“Biz Azərbaycana kapital bazarında islahatlara kömək göstərməyə hazırıq. Azərbaycan iqtisadiyyatının inkişafı üçün islahatların keçirilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsinə töhfə verməyə hazırıq”, – deyə A.Priqojina əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54113

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728