Putinə “işğal” xəbərdarlığı: “Sizin üçün yaxşı olmayacaq!”

17.02.2016 - 16:44

putinABŞ prezidenti Barak Obama Rusiyanın Suriya münaqişəsindəki rolunu tənqid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya iqtisadiyyatının vəziyyətinə diqqət çəkən Barak Obama Suriya əməliyyatlarının nəticəsinin Moskva üçün yaxşı olmayacağını deyib.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) daxil olan ölkələrin liderləri ilə ABŞ-ın Kaliforniya ştatında görüşən Obama təşkil etdiyi mətbuat konfransında Rusiyanın Suriyada işğala hazırlaşdığını söyləyib: “Rusiya Suriyanı uzunmüddətli işğal etmək üçün sərmayə qoyduğunu düşünə bilər. Ancaq bunun xərci çox olacaq. Bu, böyük işdir. Rusiya iqtisadiyyatının vəziyyətini nəzərə alsaq, bunun nəticəsi Rusiya üçün yaxşı olmayacaq”.

Suriya torpaqlarının dörddə üçünün Dəməşq rejiminin nəzarətində olmadığını xatırladan Obama problemi həll etmək üçün siyasi keçid prosesinin ən ağıllı yol olacağını dilə gətirib: “Rusiyanın böyük bir ordusu var. Təbii ki, bir ovuc müxalifət dünyanın ən böyük ikinci ordusunun silahlarına qarşı dayana biləcək vəziyyətdə deyil. Eyni zamanda bu güc Suriya problemini həll etməyəcək. Problemin yeganə yolu siyasi keçidi təmin etməkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=54188

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728