Zakir Həsənov: Ankaradakı dəhşətli hadisədən çox hiddətləndik

18.02.2016 - 10:48

zakirAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaza və qardaş respublikanın Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb. Məktublarda bildirilir: “Qardaş Türkiyə Respublikasının Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara isə Tanrıdan şəfa diləyirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=54299

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728