İlham Əliyev sosial şəbəkələrdə İran haqda yazdı – SƏFƏR ƏRƏFƏSİ

23.02.2016 - 11:00

ilhamMüstəqillik dövründə Azərbaycanla İran arasında bütün istiqamətlərdə ikitərəfli əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edib.

Virtualaz.org xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində bildirib.

Prezident qeyd edib ki, islamofobiyanın dünyada genişləndiyi müasir dövrdə Azərbaycan İslam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinə öz töhfəsini verir.

“Azərbaycanda milli və dini birgəyaşayışın ən sivil normaları mövcuddur, ölkədəki tolerantlıq mühiti bütün dünyada nümunə kimi qəbul olunur”, – deyə, Azərbaycan prezidenti yazıb.

Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirən dövlət başçısı münaqişənin həllində işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilməsinin beynəlxalq hüquqa açıq hörmətsizlik olduunu bildirib: “İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olmuş və həmin siyasət bu gün də davam etdirilir.

Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən, bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkib.

Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini ciddi narahat edir və etməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55021

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728