İran prezidentinin İlham Əliyevə hansı planı təqdim edəcəyi açıqlandı

23.02.2016 - 12:12

ilham-eliyev-iranİran prezidenti Həsən Ruhani bu gün Tehranda Azərbaycan prezidenti İlham Əliyevə Xəzərdə neft-qaz əməkdaşlığına dair yeni planı rəsmən təqdim edəcək.

Virtualaz.org xəbər verir ki, bu haqda İranın neft naziri Bejan Zənganeyə istinadən “Mehr” agentliyi məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri başlayıb və onun təyyarəsi İran paytaxtında yerə anib. Nazi deyib ki, plana əsasən İran Azərbaycana Xəzərdəki neft-qaz yataqlarının istismarında birgə iştirak və svop neft nəqli təklif edir.  Zənganenin sözlərin görə, İranın təklifinə Xəzərdəki bəzi neft-qaz yataqlarının birgə istismarı daxildir. Habelə onun ölkəsi Azərbaycanla neft və qaz mübadiləsində (svop mexanizmi) maraqlıdır. “Əliyevin səfəri zamanı iki ölkə arasında yüksək səviyyəli siyasi danışıqlarda bu məsələlər müzakirə olunacaq. Bu təkliflər  dövlət başçılarının görüşündə masaya qoyulacaq”-nazir deyib.

İranın neft nazirinin müavini və milli qaz şirkəti NİGC-nin prezidenti Həmid Rza Araqi isə səfər ərəfəsində deyib ki, Rusiya və Azərbaycanla hər gün 50-60 milyon kubmetr təbii qazın nəqlində dair danışıqlar gedir. İran habelə Qazaxıstan və Rusiya ilə Xəzərdə svop-neft mübadiləsi üzrə danışıqlar aparır. Bu mexanizmə əsasən İran Azərbaycan neftini Xəzərdə qəbul edir, əvəzində eyni həcmdə İran neftini Fars körfəzində bazara çıxarır.

Short URL: http://www.cumhuriyyet.net/?p=55050

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728