Tovuz DSMF-nin fəaliyəti təftiş olunmalıdır

23.02.2016 - 13:39

tovuzŞöbənin müdiri Rəşad Zeynalov təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyalara geniş yer verir

Redaksiyamıza daxil olan məktublarda Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin fəaliyyətində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən bəhs olunur. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, şöbənin müdiri Rəşad Zeynalov işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni bürokratik əngəllərlə qarşılaşmalı olurlar. Məlumdur ki, bu gün Azərbaycanda əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi istiqamətində əsaslı dövlət tədbirləri həyata keçirilməkdədir. Xüsusən əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması daima diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Pensiya İslahatı Konsepsiyasının icrası və onun yerinə yetirilməsinin təşkilati-idarəetmə bazasının yaradılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları isə xüsusilə qeyd olunmalıdır. Təbii ki, bütün bu islahatlar mütərəqqi xarakter daşımaqla Azərbaycan vətəndaşının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Lakin həmin islahatların uğurla həyata keçməsi bir tərəfdən vətəndaşların icbarı sığorta ödəmələrində özlərinin maraqlı olduqlarını dərk etmələrindən, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Təəssüflər olsun ki, bu gün yerlərdə hər iki kontingentin təmsilçiləri arasında “qarşılıqlı anlaşmaya” gələrək dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə israralı olanlara kifayət qədər tez-tez rast gəlinir. O cümlədən əldə etdiyimiz məlumatlara görə DSMF-nin Tovuz rayon şöbəsinin iş prinsipi də tamamilə korrupsiya və rüşvətxorluq üzərində qurulub. Belə ki, təqdim edilən açıqlamalarda, mənbələr bu DSMF-nin şöbəsinin müdirini müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq bir sıra qanun pozuntularına yol verməkdə ittiham edirlər. Bildirilir ki, Rəşad Zeynalov həmin müəssisə rəhbərləri ilə razılığa gələrək, rəsmi sənədlərdə bu və ya digər müəssisədə işləyən fəhlələrin sayının real saydan xeyli az göstərilməsini təmin edir. Bu azaltma müəssisə rəhbərliyini bir çox büdcə ödənişlərindən, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Bu maxinasiya sayəsində Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan ödənişlərdən qənaət olunan məbləğin yarısı da, nəğd şəkildə Rəşad Zeynalova təqdim edilir.
Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, əhaliyə qarşı cərimə sanksiyalarının tətbiq olunması da burada adi haldır. Şöbənin müdiri Rəşad Zeynalov isə, təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyalara geniş yer verir.
Həmçinin məlumatlarda qeyd olunur ki, DSMF-nin Tovuz rayon şöbəsinin müdiri Rəşad Zeynalov öz işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar. Rəşad Zeynalovun rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığı, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğu iddia edilir. Yerli sakinlər tələb edirlər ki, əlaqədar orqanlar onların şikayətlərini nəzərə alaraq, DSMF-nin Tovuz rayon şöbəsinin fəaliyyətini ən ciddi şəkildə təftiş etsinlər və yer almış neqativ halların aradan qaldırılması istiqamətində təcili tədbirlər görsünlər.

xalqxeber

Short URL: http://www.cumhuriyyet.net/?p=55073

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728