Millət vəkilindən nazirliyə ittiham: “Pul yenə də dağıdılır”

23.02.2016 - 14:11

musa-quliyevMilllət vəkili Musa Quliyev parlamentdə çıxışı zamanı ünvanlı sosial yardım sistemindən imtina edilməsi məsələsini təklif edib.

Qafqazinfo xəbər verir ki, o, eyni zamanda, hökumət qarşısında dərman vəsaitlərinin ƏDV-dən azad edilməsi məsələsini qaldırıb: “Biz ya birdəfəlik bundan imtina etməliyik, ya da mərhələ-mərhələ dərman vəsaitlərini ƏDV-dən azad etməliyik.

Bundan əlavə, ünvanlı sosial yardımla bağlı demək istəyirəm ki, bu sahəyə 220 milyon manat pul ayrılır, nazirlik bu istiqamətdə addımlar atır, amma pul yenə də dağıdılır. Bəlkə ÜSY sistemindən imtina edib daha konkret sistemə keçək ki, həm dövlətin pulu dağıdılmasın, həm də əhali əziyyət çəkməsin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55086

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728