Sumqayıtda “çəpər biznesi” və ya camaat Eldar Əzizovun atasına niyə rəhmət oxuyur?

24.02.2016 - 13:13

Zakir FərəcovAbşeronun icra başçısı Zakir Fərəcov Sumqayıta başçı təyin olunanda camaat sevinmişdi ki, Sumqayıtda yaşayan icra başçısı əvvəlkindən daha yaxşı olacaq. Amma bu sevinc çox çəkmədi. Başçının 100 günü tamam olmamış şikayət şikayət ardınca gəldi ki, başçı sökür, başçı dağıdır və s. İndi də abadlaşdırma adı ilə sakinlərin illərlə əkib becərdiyi yaşıllıqları dağıdılır. Təbii ki, hamısı yox. Yenilik.az-a daxil olan məlumata görə, Sumqayıt şəhəri, 11-ci mkrorayona 1 həftə əvvəl xəbər yayılıb ki, qeyri-qanuni çəpərlər söküləcək. Camaat da düşünüb ki, abadlaşdırma olacaqsa, nümunəvi məhəllə yaradılacaqsa niyə də olmasın? Amma məlum olub ki, həmişə olduğu kimi yenə də kim “hörmət” edəcəksə “çəpər əməliyyatı”ndan kənarda qalacaq. Və belə də olub. Bu gün aldığımız informasiyada deyilir ki, səhər tezdən icra hakimiyyətinin nümayəndəsi və MİS rəisi Sumqayıt şəhəri, 11-ci mkirorayon, 26 saylı binanın arxasındakı hasarları sökdürməyə başlayıb. Sakinlərin niyə hamısı sökülmür sualına cavab olaraq isə bildirilib ki, bu ərazi plana düşüb. İndi sakinlər həm də ona görə narahatdır ki, adı çəkilən ərazinin hansısa MTK-ya göydələn tikintisi üçün satıldığını eşidiblər. Bu xəbər əgər doğru çıxsa ətrafdalı binalar qəza vəziyyətinə düşə bilər. İndi camaat keçmiş başçı Eldar Əzizovun atasına rəhmət oxumaqdan başqa nə edəcəyini bilmir və Zakir Fərəcovun və ya onun adından həyata keçirilən söküntülərin ictimailəşdirilməsini, şəhərdə ayrı-seçkiliyə son qoyulmasını istəyirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=55266

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728