2 nazirlik və 1 komitə ləğv edilir

25.02.2016 - 10:47

azadliqYaxın günlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin ləğvi gözlənilir.

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, ləğv edilən dövlət qurumlarının səlahiyyətləri İqtisadiyyat Nazirliyinə veriləcək: İqtisadiyyat Nazirliyinin super nazirliyə çevrilməsi nəzərdə tutulub. Hazırda işçi qrup İqtisadiyyat Nazirliyinin yeni statusu ilə bağlı sənəd üzərində işləyir. Ləğv edilən dövlət qurumlarının bəzi funksiyaları başqa qurumlara da verilə bilər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin Səhiyyə Nazirliyinə verilməsi gözlənilir. Ancaq əsas funksiyalar İqtisadiyyat Nazirliyinə veriləcək.”

Yada salaq ki, prezident İlham Əliyev dəfələrlə 2016-cı ilə struktur və idarəetmə islahatlarının davam etdiriləcəyini vuğulayıb.

Son 1 ildə 3 dövlət komitəsi ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.

Short URL: http://www.cumhuriyyet.net/?p=55415

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728