Təcili: Putin Əliyevə zəng vurdu, Suriya məsələsi müzakirə olundu

25.02.2016 - 12:51

putin6Bu gün fevralın 25-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub.

Virtualaz.org Kremlin rəsmi saytına istinadla xəbər verir ki, siyasi liderlər telefon danışığı zamanı Rusiya və ABŞ arasında Suriyada döyüş əməliyyatlarının dayandırılmasına dair birgə bəyanatın yerinə yetirilməsinin mühümlüyünü qeyd ediblər.

Kremlin yaydığı açıqlamaya əsasən prezidentlər Putin və Əliyev iki ölkə arasnda ticarət-iqtisadi əməkdaşlığın bir sıra aktual məsələlərini, o cümlədən beynəlxalq gündəmi müzakirə ediblər. “Liderlər Suriya nizamlanmasına dair məsələlər haqda fikir mübadiləsi də aparıblar, ABŞ və Rusiya tərəfindən Suriyada atəşin dayandırılmasına dair qəbul edilmiş birgə bəyanatın yerinə yetirilməsinin mühümlüyünü qeyd ediblər”-Kremlin mətbuat xidməti bildirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=55463

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031