Kaxa Kaladze Bakılya gəlir

25.02.2016 - 16:53

kaxa-kaladzeGürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin Bakıya fevralın 29-da planlaşdırılan səfəri çərçivəsində iki ölkə qaz idxalı ilə bağlı əməkdaşlığın yeni prinsiplərinə dair razılığa gələ bilər.

Virtualaz.org “Qruziya Online” saytına istinadən xəbərə verir ki, bunu Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili bildirib.

Nazir müavini qeyd edib ki, K.Kaladze Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında iştirak edəcək.

Onun sözlərinə görə, Azərbaycanla müqavilənin müəyyən şərtlərinin yenidən nəzərdən keçirilməsi üçün işlər aparılır: “Bura qiymət, qiymət siyasəti, nəqlin həcmi, eyni zamanda texniki detallar daxildir. İşçi qrupları optimallaşdırma ilə bağlı iş aparır və artıq müəyyən nəticələr var. Ümid edirik ki, energetika nazirinin Bakıya səfəri çərçivəsində tərəflər gələcəkdə işlərin hansı iqsiqamətdə davam etdirilməsi prinsipləri üzrə razılığa gəlinəcək”.

M.Valişvili həmçinin qeyd edib ki, Ermənistana nəql olunan Rusiya qazının Gürcüstan ərazisindən tranzitinə görə ödənişin forması ilə bağlı “Qazprom” şirkəti ilə danışıqlar yekun nəticə əldə olunana qədər davam edəcək: “Biz dünya təcrübəsində də olan pulla kompensasiyaya qarşı deyilik. Amma bu, onun hansı məbləğdə olmasından asılıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55536

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728