Həsən Ruhani bu il Azərbaycana səfər edə bilər

25.02.2016 - 17:35

mohsun-pak“İki ölkə arasında yaxın dostluq əlaqələrini nəzərə alaraq düşünürəm ki, İran prezidenti bu il ərzində Azərbaycana səfər edə bilər”.

Virtualaz.org xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Səfir həmçinin qeyd edib ki, Sumqayıtda dərman zavodunun tikintisi ilə bağlı gələn həftə İran nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Onun sözlərinə görə, zavod Sumqayıtdakı Kimya parkında tikiləcək: “Birinci mərhələdə burada ehtiyac duyulan dərmanlar İrandan Azərbaycana gətiriləcək. İkinci mərhələdə dərman istehsalının texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü mərhələdə isə həmin dərmanlar yüz faiz Azərbaycanda istehsal olunacaq. Birinci və ikinci mərhələ arasında 4 5 il vaxt çəkə bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55542

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728