Hansı səfir müavini diplom almaq üçün rüşvət verdi? – Azərbaycanda

26.02.2016 - 10:56

diplomAzərbaycanda təmsil olunan xarici ölkə səfirinin müavini saxta diplom almaq üçün rüşvət verib.

Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs Küveyt səfirinin müavini Faisal Almatairi olub.

Küveyt vətəndaşı, 1972-ci il təvəllüdlü F.Almatairi özü Polis Bölməsinə ərizə ilə müraciət edərək bu barədə məlumat verib.

O bildirib ki, 2015-ci ilin dekabr ayında Bakı Dövlət Universitetinin qarşısında tanışı ilə görüşərək ona pul verib. Səfir müavini deyib ki, Bakı Dövlət Universitetindən magistr dərəcəsi diplomu almaq üçün həmin tanışı, 1982-ci il təvəllüdlü Azad Əhmədova 2500 ABŞ dolları verib.

Lakin F.Almatairinin “diplom işi” alınmasa da, A.Əhmədov onun pulunu qaytarmayıb.

Müraciətlə bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=55625

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728